13 İyun 2019 14:10
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yardımlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Horonu kəndinin otlaq sahəsində Köryədi kənd sakini C.Əbişov idarə etdiyi “KamAZ” markalı avtomobili dərəyə aşırıb.

Nəticədə sərnişinlərindən Arvana kənd sakini Namiq Həsənov hadisə yerində ölüb, sürücü və digər 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Yardımlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov