26 İyul 2019 16:21
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər Baş Polis İdarəsi və Xəzər rayon prokurorluğu birgə açıqlama yayıb.

Teleqraf.com-un məlumatına görə, açıqlamada deyilir:

"İyulun 25-də paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Bavarius” istirahət mərkəzinin avtomobil dayanacağında 1974-cü il təvəllüdlü Gülnarə Müslümovanın “Kia Sportage” markalı 90-DP-574 dövlət qeydiyyat nişanlı avtomobili arxaya hərəkət etdirərəkən 2016-cı il təvəllüdlü Əlisafa Mustafayevi vurub, sonuncu aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsinin istintaq .öbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş, şahidlər müəyyənləşdirilərək dindirilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər