22 Noyabr 2019 01:16
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Ziya Bünyadov prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, “Nissan” markalı minik avtomobili metronun “20 Yanvar” stansiyası istiqamətində hərəkətdə olan zaman “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Havanın yağışlı və yolların sürüşkən olması səbəbindən eyni istiqamətdə hərəkət edən digər beş avtomobil qəzaya uğrayan nəqliyyat vasitələrinə dəyiblər.

Qəza nəticəsində iki nəfər xəsarət alıb.

Baş vermiş yol qəzası ilə əlaqədar yolun hərəkətində sıxlıq yaranıb.


Müəllif: Teleqraf.com