9 Dekabr 2019 10:52
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda küçədə qətl törədən şəxs saxlanılıb.

Nizami rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, dekabrın 9-da saat 00:30 radələrində Nizami rayon Qara Qarayev prospekti, 31 ünvanında 1988-ci il təvəllüdlü Ramal Kazımovun kəsici-deşici alətlə ürəyi və bədənin digər nahiyələrinə zərbələr endirilərək öldürülməsi faktı barədə məlumat daxil olub.

Daxil olan məlumat əsasında təxirəsalınmadan polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib. İş üzrə məhkəmə-tibbi ekpertiza təyin edilib, eləcə də digər zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin 1995-ci il təvəllüdlü Səfərov Namiq Bəxtiyar oğlu tərəfindən aralarında yaranan mübahisə zamanı bıçaqdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

N.Səfərov şübhəli şəxs tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov