19 Yanvar 2020 00:12
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lökbatan qəsəbə sakini T.Əmirov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Yardımlı rayon sakinləri O.Kərimi və Z.Məmmədova da müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Onların qəsəbə ərazisində kirayədə yaşadığı mənzildən 1,1 kiloqrama yaxın heroin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov