23 Sentyabr 2014 23:53
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazir Elmar Məmmədyarov BMT Baş məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində 2014-cü ilin 23 sentyabr tarixində Argentinanın xarici işlər naziri Hektor Markos Timerman ilə görüş keçirib.

Bu barədə Teleqraf.com XİN-in mətbuat xidmətinə istinadən məlumat verir.

Argentinalı nazir beynəlxalq təşkilatlar çəçivəsində hər iki ölkənin faydalı əməkdaşlıq etdiyini vurğulayaraq, ikitərəfli münasibətlərin mövcud səviyyəsini yüksək qiymətləndirib.

Nazir Elmar Məmmədyarov argentinalı həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu və aparılan danışıqlar prosesi haqqında məlumat verib.

Elmar Məmmədyarov Hektor Markos Timermanı ölkəmizə rəsmi səfərə dəvət etmiş və o, bu dəvəti məmnuniyyətlə qəbul edib.

Görüş əsnasında iki ölkə arasında turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları və regionda və dünyada baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.


Müəllif:

Oxşar xəbərlər