7 Fevral 2020 15:09
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonu, Qarxun kəndində baş verən yanğın söndürülüb.

Qeyd olunub ki, yanğın zamanı 3 ev və 7 ailəyə məxsus ot tayası yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) alovun söndürülməsi üçün əraziyə göndərdiyi 2 helikopterin, o cümlədən əraziyə cəlb olunan Quba Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsinin köməkliyi ilə yanğın söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, ucqar dağ kəndi olan Qarxun rayon mərkəzində 75 km aralıda yerləşir.

***

11:56

Quba rayonun Qalxun kəndində baş verən yanğın hadisəsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.

Fövqəladə Haqllar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, rayon mərkəzindən 60 km məsafədə mürəkkəb relyefə və çətin keçilən yolları olan ərazidə ot tayası yanır:

"Yanğının yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsi ehtimalı olduğundan FHN DYMX-nin, XXRX-nin, Şimal Regional Mərkəzin müvafiq qüvvələri və nazirliyin Aviasiya dəstəsinin 2 helikopteri hadisə yerinə cəlb olunub. Əlavə məlumat veriləcək".

Məlumata görə, hadisə nəticəsində ot tayalarının yanında olan 5 evin də yandığı bildirilir.


Müəllif: Teleqraf.com