Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Hövsan qəsəbəsində 1983-cü il təvəllüdlü Fərid Mustafayev tanımadığı şəxslə mübahisə edib.
Mübahisə zamanı həmin şəxs Fərid Mustafayevin boğaz nahiyəsindən xəsarət yetirib və hadisə yerindən qaçıb.
Fərid Mustafayev xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Hazırda Fərid Mustafayevin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.