12 Avqust 2020 13:35
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Biləcəri qəsəbəsi ərazisində naməlum şəxs “Chevrolet” markalı avtomobilin sürücüsü H.Məmmədovu bıçaqla hədələyib, baş nahiyəsinə xəsarət yetirib.

Daha sonra nəqliyyat vasitəsini götürərək hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı zərərçəkmiş Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən B.İsbəndiyarov saxlanılıb.


Müəllif: Hacı Zeynalov