“Müxalifətin dünən keçirilən aksiyası yenə də fiasko ilə nəticələndi. Müxalifət adı altında “siyasi şou” sərgiləyən bir qrup şəxsin siyasi obrazlarını yüksək məharətlə canlandırmaları ilə yadda qaldı”.
Bunu Teleqraf.com-a açıqlamasında “Demokratik İslahatçı Gənclər” İctimai Birliyinin idarə heyətinin sədri Vüsalə Hüseynli bildirib.
QHT rəhbərinin sözlərinə görə, müəyyən qisim insanlar üçün əqidə önəmli yerdə dayanır:
“Ancaq müxalifət adı altında siyasi obrazlara girən bir qrup insan öz şəxsi maraqlarını təmin etmək üçün harada dayanmaq lazımdırsa, dayanacaqlarını, hansı maskadan istifadə etmək lazımdırsa, edəcəklərini bir daha göstərdilər. Buna nümunə kimi terror qrupu olan İŞİD-in bayrağını dalğalandırmaları bariz nümunədir. Bu hərəkətləri ilə müxalifətin radikal qanadı bir daha bəyan etdi ki, onlar üçün öz maraqlarını təmin etmək naminə kimin bayrağını dalğalandırmalarının heç bir önəmi yoxdur. Xalqın dəstəyi, Azərbaycanın milli maraqları olmasa da olar, təki hədəfləri təmin edilmiş olsun. Ancaq unutdular ki, bunların yaddaşları paslansa da, bu millətin nə yaddaşı, nə də təhlil qabiliyyətində problem yoxdur. Bu millət illər uzunu bu şəxslərin yalan vədlərinin nəticəsini görüblər. Ona görə, artıq meydanlara axışmanın, kimlərinsə bayrağını dalğalandırmağın heç bir effekti olmayacaq”.
V.Hüseynli müxalifətə mesajda göndərməyi də unutmadı: “Hər vasitədən əli üzülən müxalifətçilər indi də nicatı İŞİD da axtarırlar. Ancaq kimdəsə nicat axtarmaqdansa, fiaskoya uğradıqlarını etiraf edib, partiya rəhbərlərinin istefaya getmələri daha doğru olardı. Təbii ki, buna siyasi iradələri çatırsa”.
BƏXTİYAR