Türkiyədən Pakistana uçan təyyarə sərnişinin ölməsi səbəbindən Bakıya məcburi eniş edib.
Teleqraf.com xəbər verir ki, Türkiyənin İstanbul şəhərindən Pakistanın Lahor şəhərinə uçan təyyarədə sərnişin qismində olan 1951-ci il təvəllüdlü Pakistan vətəndaşı Parveen Nusraatın ölməsi səbəbindən hava gəmisi Heydər Əliyev adına Beynəlxalq Hava Limanına məcburi eniş edib.
Hazırda faktla bağlı araşdırma aparılır.