19:55
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda binanın eyvanı uçaraq sakinlər üçün əsl təhlükə yaradıb.

Teleqraf.com "Xalq.az"a istinadən xəbər verir ki, hadisə Qoşa qala qapısının yaxınlığındakı evlərdən birində baş verib.

Bildirilir ki, mənzilin eyvanı uçaraq “Hyundai” markalı avtomobilin üzərinə düşüb.

Qeyd olunur ki, Səbaildə istismar müddəti birmiş evlərin əksəriyyətinin eyvanları ciddi təhlükə mənbəyidir və bu barədə dəfələrlə rayon icra hakimiyyətinə məlumat verilib. Amma Səbail rayon icra Hakimiyyətinin başçısı Vüqar Zeynalov hələ də yarana biləcək daha ciddi təhlükələrin qarşısını almaq üçün lazımi tədbirlər görməyib. .


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər