İspaniyada daşqınlar nəticəsində 7 nəfər itkin düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Məlumata görə, İspaniyanın Valensiya şəhərində yağan yağışlar səbəbindən dəmir və magistral yolları su basıb, bölgədə sürətli qatarların hərəkəti dayandırılıb. Əndəlüsdə 276 sərnişini daşıyan sürət qatarı təbii fəlakət nəticəsində relsdən çıxıb, xəsarət alan olmayıb.
Təbii fəlakət fonunda İspaniyanın dövlət meteoroloji agentliyi AEMET Valensiyada qırmızı, Əndəlüsün bəzi yerlərində narıncı həyəcan siqnalı verib.