15:42
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində elektrik cərəyanı vuran usta ölüb.

Teleqraf.com "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin “Mero” adlanam ərazisində qeydə alınıb.

1978-ci il təvəllüdlü Qoşqar İsa oğlu Məmmədov fərdi evdə usta işləyərkən onu elektrik cərəyanı vurub.

Qoşqar Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər