18 Noyabr 2020 13:04
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən P.İsayeva Yasamal rayonu ərazisində saxlanılıb.

Şəsxi axtarış zamanı ondan 8,5 qramdan artıq heroin aşkar edilib.

Davam edilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı isə əlavə olaraq 635 qramdan artıq heroin, 23 qrama yaxın metamfetamin və 1 ədəd elektron tərəzi götürülüb.


Müəllif: Hacı Zeynalov