Oxşar xəbərlər
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu axşam İrana səfərə gedir.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın İSNA agentliyi məlumat yayıb. Səfər zamanı E.Nalbandyan Ermənistan Prezidenti Serj Sarkisyanın iranlı həmkarı Həsən Ruhaniyə məktubunu çatdıracaq. E.Nalbandyan iranlı həmkarı Məhəmməd Cavad Zərif və İran prezidenti Həsən Ruhani ilə görüşəcək.
İran və Ermənistan arasında iki tərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələləri müzakirə edəcək.