20 Dekabr 2020 11:38
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda arvadını öldürməyə cəhd etməkdə ittiham olunan Baba Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanını vəsatətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Abşeron rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını vəsatəti təmin olunub.

Baba Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 2 aya qədər artırılıb.

Qeyd edək ki, bundan əvvəl Baba Məmmədovu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

İttihama görə, bu ilin avqustun 15-də saat 6 radələrində Abşeron rayon sakini Şəhanə Məmmədovanın bıçaqlanaraq xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri Baba Məmmədovun qısqanclıq zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Şəhanə Məmmədovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Baba Məmmədov həbs edilib.

İstintaq orqanı tərəfindən Baba Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Abşeron rayon Prokurorluğunda istintaq davam edir.


Müəllif: Hacı Zeynalov