“Bu ilin ötən 9 ayı ərzində Azərbaycan sosial-iqtisadi sahədə inkişaf tempini qoruyub saxlamaqla yanaşı, beynəlxalq müstəvidə də söz sahibi olub. Azərbaycanın beynəlxalq müstəvidə nüfuzlu dövlətə çevrilməsi ən önəmli məsələlərdən biridir”.
Teleqraf.com-un məlumatına görə, bunu YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, Azərbaycan, həmçinin, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib:
“2014-cü il ərzində ATƏT PA-nın illik sessiyası, Avropa Şurası bürosunun və daimi komitəsinin iclası, NATO PA-nın seminarı və sair mötəbər tədbirlər buna sübutdur. Bu yaxınlarda keçirilmiş IV Beynəlxalq Bakı Humanitar Forumunda müzakirə olunan məsələlər, tədbirdə dünyanın nüfuzlu şəxslərinin iştirakı Azərbaycanın mədəniyyətlərin qovuşduğu bir məkan olduğunu bir daha sübut edir. Eyni zamanda, ölkəmiz böyük transmilli layihələrin icra olunmasında fəal iştirakı ilə də bağlı mühüm siyasət həyata keçirir. Bütün bunlar Azərbaycanın dünya üçün çox əhəmiyyətli ölkə olduğunu bir daha təsdiqləyir”.
Səxavət