6 Yanvar 2021 12:52
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Əliyev yanvarın 4-də Z.Bünyadov prospektində idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində oturmuş 2 nəfərin onu bıçaqla hədələyib, 100 manatını aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Kamran Qayıbov və Emil Qurbanov müəyyən edilərək saxlanılıblar.

Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər