2 Fevral 2021 11:06
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 1-də saat 21 radələrində “Kolin” inşaat şirkəti tərəfindən tikintisi aparılan Bakı-Yalama dəmir yolunun Şabran rayonu ərazisindən keçən hissəsində fəhlələrin təmir-tikinti işləri apararkən xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Şabran rayon Prokurorluğundan bildirilib.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilmişdir ki, Feyruz Ağarzayev və Əmrağa Ağayev qeyd edilən ərazidə qəlibçilik işləri görərkən sonuncuların üzərlərinə torpaq kütləsi ilə birlikdə taxta şpalların aşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər