15 Fevral 2021 13:22
378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini S.İbrahimov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov