Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Parisdə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcək.
Teleqraf.com-un xəbərinə görə, bu barədə TASS məlumat yayıb.
Xəbərdə bildirilir ki, diskussiyalarda Fransa vasitəçi olacaq. Günün birinci yarısında Yelisey sarayında Fransa prezidenti əvvəlcə İlham Əliyevlə, daha sonra Sərkisyanla təkbətək görüşəcək. Axşam isə üç prezident birlikdə danışıqlar masası arxasında oturacaq.
Qeyd edək ki, yaydan bəri bu, Azərbaycan və Ermənistan prezidentinin üçüncü görüşü olacaq.
Nihad