12 Aprel 2021 14:33
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, aprelin 11-də Biləcəri dəmir yolu stansiyasının ərazisindəki bankomatda naməlum şəxs Bakı şəhər sakini olan bir qadına kömək etmək adı ilə kartdakı 300 manat pulu öz hesabına keçirərkən qadın etirazını bildirib, lakin həmin şəxs ondan susmasını tələb edərək hadisə yerini tərk edib.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini B.Cəfərzadə müəyyən edilərək saxlanılıb.

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov