13 Aprel 2021 13:40
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərdab rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayonun Yarməmmədbağı kənd sakini Elman Soltanov yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına nişan məclisi təşkil etdiyi müəyyən edilib.

Teleqraf.com xəbər verir ki, həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib.

Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 5 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.


Müəllif: Hacı Zeynalov