8 May 2021 12:45
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 7-də saat 16 radələrində rayon sakini Sahib Əhmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə Rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilmişdir ki, Bərdə şəhərində yerləşən “Çinar” restoranında xidmətçi işləyən Sahib Əhmədov və Üzeyir Məmmədov restoranın həyətində təmizlik işləri apararkən hər ikisini elektrik cərəyanı vurmuş, nəticədə Sahib Əhmədov hadisə yerində ölmüş, Üzeyir Məmmədov isə sağ əl nahiyəsindən xəsarət alıb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər