1 İyun 2021 12:26
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Nizami rayonunda nəqliyyat vasitələrinin yan şüşələri sındırılaraq avtomobillərin salonlarında olan pul və digər qiymətli əşyalar oğurlanıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Bu barədə zərərçəkən şəxslər Nizami rayon Polis İdarəsi və 25-ci polis şöbəsinə müraciət edərərək hadisəni törədən şəxsin tutularaq məsuliyyətə cəlb edilməsini xahiş ediblər.

Qeyd olunan hadisələr dərhal nəzarətə götürülüb və zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Nizami rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyü və 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən “isti” izlərlə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin oğurluqları törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elgün Şirinzadə saxlanılıb.

O, gecə saatlarında növbəti dəfə avtomobillərdən birinin şüşəsini sındırıb hadisə yerindəın qaçmaq istəyərkən Nizami rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən tutularaq 25-ci polis şöbəsinə təhvil verilib.

Araşdırma zamanı Elgün Şirinzadənin mayın 31-nə keçən gecə təkcə Nizami rayonunda 12 nəqliyyat vasitəsinin yan şüşələrini sındıraraq oğurluq etdiyi müəyyən edilib.

Bundan başqa onun keçən ayın əvvəllərində paytaxt ərazisində daha 3 avtomobildən eyni usulla oğurluq etdiyi məlum olub.

Elgün Şirinzadə barəsində 25-ci polis şöbəsində toplanan materiallar arşadırılması üçün Nizami rayon Polis İdarəsinə təqdim edilib.

Saxlanılan şəxsin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, habelə, Daxili İşlər Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər