Hindistanda keçirilən bir toy dünya mediasının gündəminə düşüb.
Teleqraf.com xəbər verir ki, Hindistanın Uttar Pradeş əyalətinin Samspura şəhərində keçirilən toy mərasimində gəlin ürəktutmasından vəfat edir.
Şoka düşmüş iki ailənin ortaq qərarından sonra bəy Mangeş Kumar vəfat edən gəlinin bacısı ilə evlənib.
Gəlinin qardaşı hadisə baş verəndə nə edəcəklərin bilmədiklərini deyib: “İki ailə oturub fikirləşdi, ailə üzvlərindən biri bacım Nişanın bəylə evlənməsini təklif etdi. Ailələr bir müddət düşündükdən sonra bu fikirlə razılaşdılar. Bu, ailəmiz üçün çətin qərar idi...”
Vəfat etmiş gəlin üçün toydan sonra yas mərasimi təşkil edilib.