Qırğız Respublikası prezidenti Sadır Japarovun avtomobil karvanı bu gün Issık-Kul bölgəsində qəzaya uğrayıb. Nəticədə dövlət başçısının təhlükəsizlik xidmətinin bir əməkdaşı həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Qırğız Respublikası prezidentinin mətbuat xidməti məlumat yayıb.
“İlkin məlumata görə, qarşıdan gələn zolağa çıxmış avtomobilin sürücüsü sərxoş olub. Qəza nəticəsində Milli Təhlükəsizlik Komitəsinin işçilərindən üçü yaralanıb, biri həlak olub”, - mətbuat xidməti qeyd edib.