Hacıqabulun Ağacanlı kəndində oğul anasını döyüb.
Teleqraf.com xəbər verir ki, kənd sakini, 1971-ci il təvəllüdlü Səfərova Qaratel Məmiş qızı oğlu tərəfindən döyülərək müxtəlif xəsarətlər alıb.
O, əvvəlcə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında ilk tibbi yardım alıb, sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına göndərilib.
Anasını döyən oğlanın ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.