5 Oktyabr 2021 17:08
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zaqatala rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində qanunsuz olaraq “COVİD-19” pasportunun verilməsi barədə daxil olmuş məlumat üzrə Zaqatala rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Teleqraf.com-a Zaqatala rayon Prokurorluğundan bildirilib.

Araşdırma ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda saxta “COVİD-19” pasportunun verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov