3 Noyabr 2021 14:57
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 2-də, saat 02 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən daş karxanasında fəhlə işləyən 1986-cı il təvəllüdlü Cəmaləddin Zeynalovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Qaradağ rayon Prokurorluğundan bildirilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Cəmaləddin Zeynalov işlədiyi daş karxanasında hərəkətdə olan “Kamaz” markalı avtomobilin yük yerindən ehtiyatsızlıqdan yerə yıxılaraq təkər altında qalması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər