15 Noyabr 2021 17:15
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-ci il iyunun 2-də “Sem San” şirkətinin qara metalların əridilməsi sexində qaynaqçı vəzifəsində işləyən Akif Eyvazovun iş zamanı ağır dərəcəli bədən xəsarəti alması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə Teleqraf.com-a Gəncə şəhər Prokurorluğundan bildirilib.

İstintaqla müəyyən edilib ki, sözügedən sexin rəisi vəzifəsində işləyən Xaləddin Mehtiyevin texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi öz vəzifəsinin icrasına lazımi diqqət və ehtiyatlılıq göstərməməsi səbəbindən qaynaqçı Akif Eyvazov sexdə metal balonunun partlaması nəticəsində ağır dərəcəli bədən xəsarəti alıb.

Xaləddin Mehtiyev Cinayət Məcəlləsinin 162.1-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər