Ədliyyə Nazirliyi Penitensiar xidməti ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisinin ölümü ilə bağlı məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi vəzifəsində işləmiş, polkovnik rütbəsində olan Zakir İsmayılov xüsusilə ağır cinayət törətdiyinə görə ömürlük azadlıqdan, həmçinin polkovnik rütbəsindən məhrum edilib.
Müxtəlif xroniki xəstəliklərdən, o cümlədən ağır formalı diabet, arterial hipertoniya, kəskin ürək və qan-damar çatışmazlığından əziyyət çəkən 1959-cu il təvəllüdlü Zakir İsmayılov müalicə müəssisəsində uzun müddət zəruri müalicə alıb.
Lakin aparılan tibbi tədbirlərə baxmayaraq, o, 25 noyabr 2021-ci il tarixdə trombemboliyadan qəflətən vəfat edib.