17 Aprel 2022 10:22
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 17-də Zaqatala rayonu, Çardaxlar kəndi ərazisində 1985-ci il təvəllüdlü Qılman Həsənov və Xavər Həsənovanın yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Zaqatala rayon Prokurorluğundan bildirilib.

Aparılmış ilkin araşdırmalarla Xavər Həsənovanın əri Qılman Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Xavər Həsənovaya xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra özünə həmin alətlə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

***

10:00

Zaqatala rayonunda dəhşətli hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Yuxarı Çardaqlar kəndində qeydə alınıb.

Kənd sakini Qılman Həsənov həyat yoldaşı Xavər Həsənovanın bıçaqlayaraq öldürüb. O, daha sonra intihar edib.

Qətlə yetirilən Xavər Həsənova ibtidai sinif müəllimi olub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov