1 Dekabr 2022 12:51
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Müdafiə Qüvvələrinin “Givati” ​​briqadasının əsgərləri bu ayın əvvəlində Yerusəlimdə keçirilən yürüş zamanı erməni arxiyepiskopun üzünə tüpürməkdə şübhəli bilinir.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti yazır.

Nəşr qeyd edir ki, İsrail polisi məsələ ilə əlaqədar iki hərbçini saxlayıb, dindirilmədən sonra onlardan birinin intizam məsuliyyətinə cəlb edilməsinə qərar verilib. Digəri isə dindirildikdən sonra sərbəst buraxılıb. Polis araşdırması davam edir.

Erməni kilsəsi olaydan sonra polisə şikayət edib və hadisənin ertəsi günü əsgərlər ifadə verməyə çağırılıb. Kilsədən bildirilib ki, noyabrın 7-də Yerusəlimdəki Erməni Apostol Patriarxlığının arxiyepiskopu Sevan Qaribyan kilsənin digər keşişləri ilə birlikdə “Xaç” bayramını qeyd etmək üçün zəvvarların da yer aldığı yürüşə rəhbərlik edib. İddiaya görə, olay da həmin vaxt baş verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər