Oxşar xəbərlər
Bakının Nərimanov rayonunda iki qardaş xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, yanvarın 4-də saat 22 radələrində bir nəfərin Bakı şəhər sakinləri Q.Qənbərovun döş qəfəsinə bıçaqla və qardaşının baş nahiyəsinə daşla xəsarət yetirməsi barədə Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən paytaxt sakini S.Hacıyev müəyyən edilib.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.