23 Yanvar 2023 11:22
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlı rayonunda yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, yanvarın 22-də saat 15 radələrində Saatlı şəhəri ərazisində yerləşən avtomobillərin təmiri sexində şəhər sakini S.Babayev sərxoş halda idarə etdiyi “VAZ-2107” markalı avtomobillə M.Qənbərovu və M.Xankişiyevi vurub.

Nəticədə M.Qənbərov hadisə yerində ölüb, M.Xankişiyev isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Saatlı rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov