Fövqəladə Hallar Nazirliyi tərəfindən FHN-in Akademiyasında tədris prosesinin təşkilinə konseptual əsaslarla yanaşılır, ən müasir texnologiya və yanaşmalar tətbiq edilir, kursantların zəruri bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif təşəbbüslər həyata keçirilir.
Teleqraf.com xəbər verir ki, bu çərçivədə, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşəbbüsü ilə Akademiyada tədrisin keyfiyyətinin daha da yüksəldilməsi və kursantların bilik səviyyəsinin təkmilləşdirilməsi məqsədilə Nazirliyin baş idarə və qurum rəisləri tərəfindən dərs ilinin sonunadək mühazirələr keçiriləcək. 2-ci və 3-cü kurs kursantları üçün təşkil olunan mühazirələrdə müvafiq sahələr üzrə həyata keçirilən fəaliyyət və qarşıda duran vəzifələr, ölkə əhalisinin və ərazilərinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər, mövcud problemlər və onların aradan qaldırılması üçün atılan addımlar barədə geniş məlumatlar verilməsi nəzərdə tutulur.
İnteraktiv formatda keçirilən mühazirələrdə kursantları maraqlandıran suallar cavablandırılacaq, müzakirələr aparılacaqdır.