İctimai fəal Bəxtiyar Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustqalığı ilə əvəz olunması ilə bağlı vəsatətə baxılıb.
Teleqraf.com xəbər verir ki, Xətai rayon Məhkəməsində qərar elan edilib.
Bəxtiyar Hacıyevin vəkilləri tərəfindən verilən vəsait təmin olunmayıb.
Qeyd edək ki, yanvarın 21-də Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 28 fevral 2023-cü il tarixinədək uzadılıb.
Qeyd edək ki, ötən ilin dekabrın 9-da Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi.
Bəxtiyar Hacıyevin barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi başlanıb.
Daha sonra ona əlavə olaraq Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələri ilə ittiham verilib.