1 Mart 2023 16:12
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirliyində növbəti kadr islahatı həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, müavin Sevda Məmmədəliyeva vəzifəsindən azad edilib.

Qeyd edək ki, 76 yaşlı S.Məmmədəliyeva 1999-cu ildən mədəniyyət nazirinin müavini postunu tuturdu.

Vaqif Əliyev isə Prezidentin 2011-ci il tarixli sərəncamı ilə mədəniyyət və turizm nazirinin birinci müavini, 2018-ci il tarixli sərəncamı ilə isə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunmuşdu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər