1 Aprel 2023 18:48
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Şimali Qafqaz bölgəsində yerləşən Stavropol diyarının mərkəzi Pyatiqorskdan 99 km məsafədə 4,3 maqnitudalı zəlzələ olub.

Teleqraf.cim xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar saat 18:03-də 15 km dərinlikdə qeydə alınıb.

Yerli KİV-dəki məlumata görə, yeraltı təkanlar Kislovodsk, Georgiyevsk, Yessentuki və Mineralnıye Vodıda hiss olunub.


Müəllif: Teleqraf.com