6 İyun 2023 12:13
1 579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunda üç bacıya qarşı əxlaqsız hərəkətlər edilib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə sosial şəbəkədə paylaşım edilib.

Qeyd olunub ki, rayon ərazisində bir nəfər manyak-narkoman 3 bacıya təcavüz edib. Bacılar 3, 6 və 7 yaşlarındadır.

Paylaşım edən şəxs iddia edib ki, polis bu məsələni ictimaləşdirməyə imkan verməyib, buna ailənin adının biabırçı hadisədə hallandırılmaması əsas gətirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Teleqraf.com-un sorğusuna cavab olaraq bildirib ki, cari il mayın 31-də Salyan rayon sakini T.Xələfova Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək qonşusu tərəfindən azyaşlı övladlarının qeyri-etik xarakterli hərəkətlərə məruz qalması ilə bağlı məlumat verib.

Qeyd edilib ki, daxil olan məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən qanunvericiliyinə uyğun olaraq zəruri bütün tədbirlər görülüb, tərəflərin izahatları alınıb və istintaq bölməsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər törətmək) maddəsi ilə cinayət işi açılıb.

Araşdırmalar davam etdirilir.

“Paylaşılan məlumatda polis əməkdaşları barədə qeyd edilən digər iddialar isə həqiqəti əks etdirmir və əsassızdır” – deyə Nizam Həmidov qeyd edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər