24 İyun 2023 12:00
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayon Polis İdarəsinin dövlət yol polisi şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhəri ərazisində hərəkətdə olan “Ravon” markalı avtomobillə yol hərəkəti qaydalarını pozan, “VAZ-21150” markalı avtomobillə isə avtoxuliqanlıq hərəkətləri edən sürücülər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, “Ravon” markalı avtomobilin sürücüsü Mahir Abbasovun özünü qeyri adekvat aparması şübhə doğurduğundan tibbi müayinədən keçirilib və onun narkotik vasitə istifadə edərək avtomobil idarə etməsi müəyyən olunub.

“VAZ-21150” markalı avtomobilin sürücü Şəmistan Mirişlinin isə nəqliyyat vasitələrini idarəetmə hüququnun olmadığı müəyyən edilib.

O idarəetmədən kənarlaşdırılıb, nəqliyyat vasitəsi onun iştirakı ilə mühafizə olunan duracağa yerləşdirilib.

Hər iki sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib.

Məhkəmənin qərarları ilə Ş.Mirişli 15 sutka, M.Abbasov isə 30 sutka inzibati qaydada həbs ediliblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər