Gəncədə keçmiş Nizami Rayon İcra Hakimiyyətinin binasında yanğın olub.
Teleqraf.com xəbər verir ki, FHN-in "112" qaynar xəttinə , Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivində inzibati binada yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar, FHN-in yanğından mühafizə qüvvələri dərhal əraziyə cəlb olunub.
Ərazidə əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının elektrik lövhəsində baş verdiyi müəyyən edilib. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətə söndürülülb.
Binadakı 7 əməkdaş yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
Əlavə məlumat veriləcək.