Bakıda zibil yeşiyində aşkarlanan körpənin anası müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirlib.
Körpənin anası S.Qasımova polis əməkdaşları tərəfindən qısa zamanda müəyyən edilərək Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə gətirilib.
Hazırda həmin şəxs barəsində toplanmış materiallara hüquqi qiymət verilməsi üçün iş Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
***
09.23
Bakıda 10-15 günlük körpə küçəyə atılıb.
Teleqraf.com xəbər verir ki, iyulun 17-də Sabunçu rayonu, Tatarski küçəsində zibil yeşiklərinin birində təxminən 10-15 günlük, qadın cinsli, parçaya bükülmüş vəziyyətdə uşaq aşkar edilib.
Daha sonra körpə 1 saylı Körpələr evinə yerləşdirilib.
Körpənin bədəninin üzərində hər hansı xəsarət izləri aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.