11 Mart 12:13
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 10-u saat 18 radələrində 2006-cı il təvəllüdlü Elvin Həsənzadənin Ağstafa rayonunun Vurğun qəsəbəsində yerləşən stadionda ölməsi faktı ilə bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

İlkin araşdırma zamanı Elvin Həsənzadənin hündürlükdən keçən elektrik naqilinə dəmir boru ilə toxunması nəticəsində cərəyanın təsirindən ölməsi müəyyən edilib.


Müəllif: Hacı Zeynalov