15 Aprel 11:15
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Nərimanov rayonunda yaşayış binalarından birinin girişində azyaşlıya qarşı əxlaqsız hərəkətlərin edilməsi barədə polisə məlumat daxil olub.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törədən Maksim Məmmədov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, o, əvvəlcə azyaşlını izləyib.

Daha sonra binanın girişində yaxınlaşaraq ona qarşı əxlaqsız hərəkətlər edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Nərimanov rayon məhkəməsinin qərarı ilə M.Məmmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu şəxsin analoji əməllərindən zərərçəkən başqa şəxslər polis orqanlarına müraciət edə bilərlər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər