10 May 07:52
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda kortəbii etiraz aksiyasında bir neçə nəfər polis tərəfindən saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat "Sputnik Georgia"nın teleqram kanalında yer alıb.

Qeyd olunur ki, qanunsuz silah saxladığına görə müxalif bloger Uça Abaşidzenin həbsindən sonra onun tərəfdarları nüfuzlu Vake rayonunda Çavçavadze prospektini bağlamağa cəhd ediblər.

“Bir neçə nəfər polisə tabe olmadıqları üçün saxlanılıb”, – nəşr yazır.

Mayın 1-də Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanunu ikinci oxunuşda qəbul edib. 83 deputat “lehinə”, 23 deputat əleyhinə səs verib. Qanunun maddə-maddə müzakirəsi iki gün davam edib. Qanuna iki həftə sonra üçüncü oxunuşda baxılacaq. Qanun layihəsinin müzakirəsi etiraz aksiyaları ilə müşayiət olunub.


Müəllif: Pərvin Cəfərova