16 Mart 2015 18:01
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz Azərbaycanda insan haqlarının vəziyyətini çox yaxşı bilirik. Ona görə də, düşünmürəm ki, hər hansı bir xarici QHT-nin bu məsələdə mövqeyi narahatlıq doğurmalıdır”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, belə təşkilatlar müəyyən dairələrin sifarişlərini həyata keçirir. Onun sözlərinə görə, artıq belə məsələlərə ciddi əhəmiyyət vermək lazım deyil.

“Bu tipli məsələlər bizim gündəmimizdə olmamalıdır. Çünki, bizim siyasi kursumuz çox düzgün müəyyən edilib və Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı çoxlu işlər görülüb, islahatlar həyata keçirilib. İnsan haqları ilə əlaqədar qoşulduğumuz bütün konvensiyaların tələblərinə əməl edirik. Ona görə də, hansısa xarici QHT-nin hesabatında ölkəmizdə insan haqlarının vəziyyətinin tənqid olunması bizi narahat etməməlidir. Onlar sifarişlə işləyirlər və bu fakt bütün dünyaya məlumdur”, – deyə şöbə müdiri vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər