27 Aprel 2015 16:31
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə telefonla zəng edib.

Teleqraf.com Prezidentin mətbuat xidmətinə istinadən məlumat verir ki, dövlətimizin başçısı Nursultan Nazarbayevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, ona ali dövləti fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbriklərinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər


Müəllif: